Pakistanda ağır yol qəzasında 11 nəfər həlak oldu

DÜNYA 15 may 2021, 21:30
Pakistanın şərqində furqonun su kanalına düşməsi nəticəsində 11 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Qeyd edilir ki, onlardan 7-si uşaqlardır.

Agentliyin məlumatına görə, 11 sərnişinin olduğu furqon şərqi Pəncab əyalətində kanala düşərək batıb. Həlak olanlar arasında uşaqlarla yanaşı, həmçinin üç qadın və bir kişi də var. Onların hamısı bir ailənin üzvləridir.

Şahidlərin dediyinə görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top