Azərbaycanla Ermənistan arasında 6 saatlıq danışıqlar yekunlaşıb? — Qaragöl gərginliyi

GÜNDƏM 14 may 2021, 20:17
Ermənistanın Zəngəzur vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılan danışıqlar ötən gün gecə saatlarında başa çatıb.

Demokrat.az
bildirir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.

Digər təfərrüatlar açıqlanmır.

 Sünik qubernatoru Melikset Poqosyan təkcə danışıqların aparılması faktını təsdiq etməklə kifayətlənib.

Hazırda mübahisə və gərginlik predmetinə çevrilmiş, yüksək dağlıq ərazilərdə, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top