Putinin mətbuat katibi Paşinyanın yalanını ifşa etdi

DÜNYA 14 may 2021, 14:47
“Ermənistan tərəfi Zəngəzurdakı (Sünik) vəziyyətlə bağlı Rusiyaya kömək üçün müraciət etməyib”.

Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, kömək istəməyiblər. Əlbəttə ki, erməni tərəfi sərhəddəki vəziyyətlə bağlı olduqca narahat olduğunu ifadə edib”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Paşinyanla Vladimir Putin arasında telefon danışığı zamanı, erməni baş nazirin Rusiya liderinə İrəvanın Zəngəzurda baş verənlərlə bağlı KTMT-yə müraciət etmək qərarı barədə məlumat verdiyini açıqlamışdı.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top