Şuşada canlı yayımla bayram namazı qılınacaq

SOSİAL 12 may 2021, 10:40
Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq. 

Demokrat.az xəbər verir ki, bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq. 
 
Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-i və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top