BNA sürücülərə müraciət etdi

SOSİAL 09 may 2021, 14:17
Bakı Nəqliyyat Agentliyi (BNA) proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

BNA-nın sürücülərə etdiyi müraciətdə deyilir:

“Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.

Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top