Nazirlik “Azərsu” ASC-ni ittiham etdi


SOSİAL 06 may 2021, 20:58
Səbail rayonu Bibiheybətdəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Demokrat.az-ın xəbərinə görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək./"Report"
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top