Putin və Bayden Bakıda görüşə bilər


XARİCİ SİYASƏT 06 may 2021, 10:14
ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilə bilər.

Bu barədə məlumatı “Politico” nəşrinə ABŞ-ın keçmiş rəsmi şəxsləri və ekspertlər deyib.

Mənbənin yazdığına görə, bu mühüm görüşün keçirilə biləcəyi digər məkanlar sırasında İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Polşanın paytaxtı Varşava şəhərinin adı çəkilir.

Xəbərdə həmçinin qeyd olunur ki, Çexiya ilə Moskva arasındakı münasibətlərin kəskin pisləşməsi, Praqanın seçilməsi ehtimalını azaldır.(oxu.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top