“Qırmızı kitab”a düşmüş balıqları qeyri-qanuni ovlayanlar cərimələnəcək — MƏBLƏĞ

SOSİAL 04 may 2021, 20:25
“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb. 

Demokrat.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb. 

Qərara əsasən, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat müəyyən edilmişdi. 

Eyni zamanda, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini cərimə edənlər 275 manat məbləğində cərimə ediləcək. 

Bundan başqa, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:

- bölgə - 247,5 manat

- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat

- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat

- çəki, karp, qarabel siyənəyi - 22 manat

- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat

- kilkə (1 kq) - 0,55 manat

- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat

- su onurğasızları xərçəng - 1,1 manat

- krevet - 0,55 manat

Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top