Deputat: "Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi növbəti hərbi cinayətdir"

GÜNDƏM 01 may 2021, 13:16
"Müharibənin başa çatdığı dövrdə insanlar minalara düşərək həyatlarını və ya sağlamlıqlarını itirirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində minalanmış ərazilərin xəritəsi məsələsi müzakirə olunacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Lavrovun diqqətinə çatdırılacaq ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın məsuliyyətli tərəflərindən biri onlar kimi minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsində maraqlı olmalı və Ermənistana təsir göstərməlidirlər: "Ümumiyyətlə, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi növbəti hərbi cinayətdir. Bu, yolverilməzdir. Azərbaycan tərəfi hər zaman bütün beynəlxalq təşkilatlarda bu məsələni qabardır və xəritənin verilməsi üçün müraciətlər göndərir. Yəni beynəlxalq təşkilatların təsirindən istifadə etməyə çalışır. Təəssüflər olsun ki, xəritə bizdə olmadığı üçün çoxlu sayda insanlar minaya düşərək ya həyatını, ya da sağlamlıqlarını itirirlər. Sergey Lavrovun Azərbaycana səfəri çərçivəsində bu məsələ də müzakirə olunacaq. Hesab edirəm ki, Rusiya özünün mövcud resurslarından istifadə edərək xəritənin verilməsinə nail ola bilər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top