Paşinyan Yerevana qayıda bilmir

DÜNYA 30 apr 2021, 22:22
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan Yerevana qayıda bilmir.

Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumata görə, buna səbəb nümayəndə heyətini geri qaytarmalı olan təyyarədə baş verən texniki nasazlıqdır. Ermənistan hökumətinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Paşinyanla nümayəndə heyətinin başqa təyyarə ilə qayıda biləcəyi də istisna edilmir.

Qeyd edək ki, Paşinyan  Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün Kazana gedib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top