Azərbaycanda seksual aclıq: Qadınlar niyə qısnamaya məruz qalırlar?

SOSİAL 27 apr 2021, 13:13
Sabiq deputat Hüseynbala Mirələmovun məlum videosu Azərbaycanda seksual qıslamaya məruz qalan qadınlarla bağlı problemi yenidən gündəmə gətirdi.

Maraqlıdır, bəzi vəzifəli şəxslər tabeliyində çalışan zərif cinsin nümayəndələrinə niyə seksual obyekt kimi yanaşırlar?

Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlamasında ilk olaraq Mirələmovun personası ətrafında çox geniş müzakirələrin getməsinin təbii olduğunu bildirib:
 
 “Bununla bağlı mənim də bir müsahibəm oldu. Vəziyyəti bu yaşdakı bəylərin andropoz dövrü ilə bağlayırıq. Onların seksual tələbatları ödəmədikləri halda baş verəcək bu cür əl jestləri ilə yaş psixologiyasını ortaya qoyaraq bu haqda danşdım. Düzü, müdirlərin katibələrinə seks obyekti kimi baxmasının təkcə Azərbaycanda mövcud olduğunu deməzdim. Əslində, bunu seks obyekti də adlandırmayaq. Sadəcə biz qərinələr boyu, ən azı özümüzün yaşadığımız dövdə baxdığımız filmlərdə də görürük ki, fərqli ölkələrdə də müdirlər katibələri ilə işdə məhəbbət macəraları yaşayıb”.

Psixoloq diqqətə çatdırıb ki, bu kimi halların qarşısını almaq üçün iş yerlərində psixoloji maarifləndirmə düzgün aparılmalıdır:

“Müdiriyyətin və ona tabe olan insanların məqsədyönlü iş aparması bunun birbaşa qarşısını ala bilər. Yaşlı müdirlərin bu kimi yanaşmaları xüsusilə gənclik dövrünü əhatə edir. Gənclik  öz növbəsində mahiyyət etibarilə müstəqil və məsuliyyətli fəaliyyətə keçmək istəyir. Bu fəaliyyətin içərisində şəxsin şəxsiyyətini, fərdi-psixoloji mahiyyətini dərk etməsi, ictimai münasibətləri tarazlaması yer alır. Yəni gənc sosioloji varlıq kimi yetişir. Bu zaman o, həyat hadisələrinə fəal mövqedən yanaşır. Beləliklə, sanki həyata addım atmaq üçün pasport alır. Onların da əsas fəaliyyət növünə isə əmək və təlim daxildir. Gənc xanım bütün fəaliyyətini ortaya qoyaraq işində rəğbət görmək istədiyi halda  müdiriyyət bu istəyi sevgi baxışları ilə qarışdırır. Çünki müdiriyyət öz sevgi empatiyasını cinsiyyət üzərində qurur. Amma sağlam şəkildə bu rəğbətləndirmə olsa, yəni işçiyə işdə lazımlı biri olduğunu hiss etdirməyi bacarsalar, vəziyyət daha yaxşı olar. Lakin bəziləri ailə qurmaq, məhəbbət, qadın şərəfini və kişi ləyaqətini qorumaq kimi mühüm məsələləri yaddan çıxarırlar. Beləliklə, burada psixoseksual davranışlar, cinsi həvəs, əks cinsə münasibətin dərk olunması, əxlaqi normaların fərdi xüsusiyyətlərin qanunauyğunluğu kimi təşəkkülü birbaşa özünü göstərməyə başlayır. Bu zaman artıq biz bu cür seksual azlıq deyiləcək məqamla qarşılaşırıq. Bu, gəncliyin inkişafının müəyyən mərhələsini təşkil edir”.

Həmsöhbətimiz qeyd edib ki, bütün bunlar qadınlar iş axtararkən fərqli yanaşmaların ortaya çıxmasına səbəb olur:

“Sabah qızlarımız iş axtaranda, hətta ailədə hər hansısa şirkətdə katibə vakansiyasının olduğunu deyəndə, dərhal evdə söz-söhbət yaranır. “Deyəsən, bu qız yolunu azıbdır, katibə olmaq istəyir”,-deyilir. Mən bunları keçmişlə bu günün bir-birinə oxşarlığı, xaotik gedən hərəkətlər kimi qiymətləndirirəm. Gənclik dövründə şəxsiyyət biososial psixoloji varlıq kimi formalaşmalıdır və formalaşır da, lakin onlarda təşəbbüskarlıq, prinsipial davranış formaları üzə çıxarılmaqdansa, gənc mürəkkəb intellektual əməliyyatlar aparmağa hazırlaşdırılır. Yeniyetmənin çətin tərbiyə olunan dövründə ona yardım göstərildiyi kimi, iş yerlərində də maarifləndirici söhbətlər getməlidir ki, sabah biz katibənin işə götürülməsində bunu seksual aclığımızı doyduracaq bir düşüncəyə düşməyək”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top