Milli Məclis MSK-nı yenidən formalaşdırdı — YENİLƏNİB


DAXİLİ SİYASƏT 27 apr 2021, 11:55
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.

Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.

Beləliklə, MSK-nın yeni tərkibi aşağıdakı üzvlərdən ibarətdir.

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova

Nailə Əsgərova

Bəxşeyiş Əsgərov

Etibar Quliyev

Mikayıl Rəhimli

Almas Qəhrəmanlı

Tofiq Həsənov

İlkin Şahbazov

Aydın Muradov (ehtiyat üzv)

Surəddin Hümbətov (ehtiyat üzv)

Niyaməddin Orduxan (ehtiyat üzv).

***11:46

Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirə edilir.


Demokrat.az xəbər verir ki, geniş məlumat verildikdən sonra deputatlar məsələ haqqında fikirlərini bildirəcəklər.

Daha sonra isə MSK üzvlüyünə təqdim edilmiş şəxslər Milli Məclis tərəfindən seçiləcək. Bununla da MSK yenidən formalaşdırılacaq.

Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

MSK üzvlüyünə təqdim edilmiş şəxslər aşağıdakılardır:

Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Surəddin Hümbətov (ehtiyat üzv)

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvlüyünə namizədləri aşağıdakılardır:

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova

Nailə Əsgərova

Aydın Muradov (ehtiyat üzv)

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Niyaməddin Orduxan (ehtiyat üzv).

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyn 2021, 13:46
Top