“Bravo” bu fotoya görə üzr istədi


SOSİAL 22 apr 2021, 12:11
“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

Demokrat.az xəbər verir ki, “Bravo Supermarket Azərbaycan” şirkəti bununla bağlı açıqlama yayıb: “Marketlərimizin birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılıb. Biz Bravo - cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq”.



Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top