DİN-də yeni TƏYİNAT

GÜNDƏM 21 apr 2021, 13:29
Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Babək Həsənov Balakən Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq bölməsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə polis kapitanı Məhəmməd Bağırov Balakən RRŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi təyin olunub. 

M.Bağırov bundan əvvəl Zaqatala Rayon Polis Şöbəsində çalışıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top