Gürcüstan parlamentinin 6 deputatı hakim partiyadan istefa verdi

DÜNYA 14 apr 2021, 21:30
Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu G.Xocevanişvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 6 parlamentari bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top