Ukraynalı nazir: "Azad olunmuş ərazilərin bərpasına dəstək verməyə hazırıq"

XARİCİ SİYASƏT 14 apr 2021, 16:44
"Ukrayna Azərbaycanın azad olunmuş bölgələrinin bərpasına dəstək verməyə hazırdır".

Demokrat.az xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

“Sözsüz ki, azad olunmuş ərazilərə əhalinin qayıdıb yaşaması üçün minaların təmizlənməsindən tutmuş infrastrukturla bağlı problem və təhlükələrin həll olunmasına, o cümlədən nəqliyyat bağlantılarının qurulmasına qədər bərpa məsələlərinə qoşulmağa hazırıq”, - deyən ukraynalı nazir kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin inşası və s. kimi sahələrdəki təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Gəncə adlı dinc şəhərin dinc əhalisinin başına gələnlərin bir daha baş verməməsi arzusunu dilə gətirən nazir həmçinin bütün Qarabağa əmin-amanlıq və rifah diləyib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top