Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəldilər

QARABAĞ 12 apr 2021, 13:21
Beynəlxalq analitik-beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR) tərəfindən təşkil edilmiş səfər zamanı iştirakçılar erməni işğalı zamanı şəhərdəki dağıntıların miqyası ilə tanış olacaqlar.

Səfər proqramına şəhərin mərkəzinə, dağıdılmış Cümə məscidinə, Dram Teatrına, İmarət stadionuna və Qarabağ xanlarının kompleksinə ziyarət daxildir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top