Fahrettin Altun: “Buradan bir daha böyük qürurla “Qarabağ Azərbaycandır” deyirəm”

XARİCİ SİYASƏT 10 apr 2021, 15:00
“Türkiyə-Azərbaycan arasında yaradılmış ortaq media platforması örnək təşkil edir. Biz istəyirik ki, bunu Türk Şurasına üzv dövlətlərlə də quraq”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında oldu: “Eyni zamanda media sahəsində əlindən gələni etdi. Biz əl-ələ verəcəyimiz halda aşa bilməyəcəyimiz maneə olmadığını gördük. Buradan bir daha böyük qüururla “Qarabağ Azərbaycandır” deyirəm”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top