“Miniboss Business School Baku”nun ilk startap forumu keçirildi — VİDEO

SOSİAL 03 apr 2021, 17:49
Bu gün “Miniboss Business School Baku”nun ilk startap forumu keçirilib.

Biznes məktəbin tədris proqramının tərkib hissəsi olan startap forumunun məqsədi uşaq və yeniyətmələri biznes ideyaların yaradılması üçün həvəsləndirmək, peşəkar mütəxəssislər tərəfindən bu ideyaların formalaşdırılmasına dəstək göstərilməsidir.

Məktəbin təsisçisi Nərminə Həsənova bildirib ki, hər ilin yaz ayında startap forumu keçirilir və burada uşaqlar öz idealarını investorların qarşısında prezentasiya edirlər.

Tədbirdə biznes məktəbin 6-14 yaş qrupundakı şagirdləri peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti qarşında çıxış edərək startap layihələrinin ideyalarını təqdim ediblər.

Sonda münsiflər tərəfindən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top