"Əsas odur ki, Bayraktar Bakı səfərindən və "Qarabağ" ordeninin təltifindən razı qalıb" — Qubad İbadoğlu

SİYASƏT 01 apr 2021, 22:08
Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın nəhayət ki,  "Qarabağ" ordeni ilə təltif olunmasına sevindim. 

Demokrat.az
-ın xəbərinə görə, bu fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu sosial hesabında yazıb.

"Bu qərarı alqışlayıram, baxmayaraq ki, xatırlayırsınızsa, Bayraktara hələ vətən müharibəsi dövründə Milli qəhrəman və Azərbaycanın fəxri vətəndaşı adının verilməsini təklif etmişdim. Həqiqətən də Selçuk Bayraktar onlara layiqdir.  Azərbaycan xalqı Bayraktarı milli qəhrəmanlarından ayırmır. Çünki, İkinci Qarabağ müharibəsindəki qələbəmizlə yanaşı, az itki verməyimizə görə də Bayraktar PUA-larına minnətdar olmalıyıq" - deyə Q.İbadoğlu qeyd edib.

İqtisadçı daha sonra bildirib:

"Əsas odur ki, Selçuk Bayraktar Bakıya səfərindən və "Qarabağ" ordenini təltifindən razı qalıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Qarabağ" ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top