Sülhməramlılar Qarabağda partlayıcı aşkarladı

QARABAĞ 01 apr 2021, 00:12
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin martın 31-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilib.

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. 

Gün ərzində atəşkəs pozuntuları qeydə alınmayıb. Rusiya sülhməramlı kontingentinin hərbi personalına qarşı təxribat xarakterli hərəkətlər olmadı. 

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər", - açıqlamada deyilir.

Bildirilib ki, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 10 hektar ərazi, 2 km yol təmizlənib, 1 partlayıcı maddə aşkar edilib, 3 bina yoxlanılıb. 23 noyabr 2020-ci ildən bəri cəmi 1 860 hektar ərazi, 571 km yol, 1 654 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 379 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin bütün hərəkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbirlərə uyğun olaraq həyata keçirilir. 

Rus sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək hadisələrin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top