"Cəmil Həsənli BİTDİ" — İntim video ilə bağlı gözlənilməz məqamlar ORTAYA ÇIXDI


YAZARLAR 31 mar 2021, 20:36
Universitetdə oxuyarkən bir müəllimim vardı – Xeyrulla Məmmədov. XX əsr ədəbiyyatı üzrə tanınmış alim idi. Pedaqoji Universitetdə 90-cı illərdə mənə dərs demişdi. İndi o, Haqq dünyasındadır. Təzadlı və olduqca dərin elmi biliyə malik idi. Onun mühazirələri isə bir ayrı aləm idi. Cəlil Məmmədquluzadədən hansı həvəslə danışırdısa, bu şəxsiyyətlə ziddiyyət təşkil edən Əli bəy Hüseynzadə haqqında da o dərəcədə emosional, hədsiz maraqlı məlumatlarla zəngin mühazirə deyərdi. Sabiri də sevirdi, Mirzə Əli Möcüzü də. Deməyim o ki, Azərbaycanın ədəbiyyat korifeylərinə fərq qoymazdı. Bir qolu çiynindən aşağı olmasa da, digər əli ilə, həm də amiranə tonla vurğulayardı ki, bu kişilərin hamısı bir-birinə çox bənzəyir, dünyagörüşləri fəqrli olsa da. Çünki hamısı əxlaqlı idi. Onlar nadan, savadsız, kasıb insanlara ilk nöbvədə öz əxlaqi keyfiyyətləri ilə nümunə idilər. “Arvad hamamının qarşısında siqar çəkən intligentləri, özünü ziyalı sayan, savadı qıcqıran yazarları isə o dövrdə də, elə korifeylərimiz də öz xatiratlarında lotu adlandırırdırlar”. Bax, Xeyrulla müəllim mühazirələrini belə başlayıb, belə yekunlaşdırardı.

Bir dəfə isə professor mühazirələrin birində hələ o dövrdə olduqca sərt, acımasız sözlərlə qələm yoldaşlarını əzməyə çalışan ədiblər haqqında danışarkən bu sözləri işlətmişdi: “Hamı paltar altında lüt gəzir”. Bu söz indiyədək Xeyrulla müəllimin səs tonu ilə qulağımda səslənr. Cəmil Həsənlinin qızının intim videosu haqqında sosial şəbəkələrdə geniş müzakirələrin olduğu ərəfədə də bu ifadəni xatırlamalı oldum.

Sözün açığı, çox sarsıldım. Çünki insanların intim həyatının təfərrüatlarını, onunla bağlı audio-video materialların yayılmasını həmişə kəskin qınamışam. Hesab edirəm ki, əsl Azərbaycan kişisi üçün belə mövzular müzakirə mövzusu ola bilməz. Hətta babalarımızdan, nənələrimizdən belə eşitmişdik ki, əgər hansısa kişi öz həyat yoldaşını hansısa səbəbdən boşayardısa, qısa və net şəkildə “xasiyyətimiz düz gəlmədi” deməli idi. Əsl kişi öz keçmiş həyat yoldaşı haqqında orda-burda hədyan danışmamalıydı. Çünki ”Qəhbəlik etdiyinə görə boşadım” demək bir zamanlar kişilər arasında böyük qəbahət sayılarmış. Çünki o vaxtkı başı papaqlılar “Sən nə kişisən ki, ailən gəzirdi” deyərək belələrini divara dirəyərmişlər.

Bir də axı həyatda heç kimi qınamaq olmaz. Məhəmməd peyğəmbər (Allahın salamı olsun ona) deyərdi ki, qınadığı hər hansı hadisə insanın başına gəlməyincə, o ölməz. Qüruru, mənliyi, şəxsiyyəti olan istənilən şəxs bilməlidir ki, hər hansısa xanım bir kişinin qızı, bir qardaşın bacısı, bir ərin həyat yoldaşıdır. Bəli, atalarımız belə olub. Belə də davam etməlidir.

Sevindirici haldır ki, Cəmil Həsənlinin qızının intim videosu ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin əksəriyyətində dediyim həmin dəyərlər qorunurdu. Heç kim müxalifət liderinin qızını fahişəlikdə, əxlaqsızlıqda ittiham etmirdi. Əksinə, cəmiyyət sözün əsl mənasında hiddətlənmişdi. Günel Həsənlinin videosuna baxan da, baxmayan da insanların “şəxsi həyatı toxunulmazdır”, – deyə etiraz edir, bunu edənlər isə sərt şəkildə qınanılırdı. Hakimiyyət isə belə intim videoları yayanları cəzalandırmağa çağrılırdı. Əslində bu məsələdə hamı həmrəy olduğundan sosial şəbəkələrdən neqativlik hiss olunmurdu. Və o vaxta qədər ki, Cəmil Həsənli danışmağa başladı. Təfərrüatlara varmaq istəmirəm. Sözlərini də kəlmə-kəlmə şərh eləmək fikrim yoxdur.

Səmimi deyim, özümü onun yerinə qoymağa da çalışmışam. Bir insan olaraq, ata olaraq dərk etmək istəmişəm ki, Azərbaycanda kifayət qədər tanınan bir şəxs belə bir məqamda nə edə bilər? Üstəlik, bu şəxs Azərbaycana rəhbərlik sevdasına düşüb, yalnız özünü xalqın problemlərini həll edən lider kimi təqdim etdiyi bir vaxtda özünü necə aparmalı idi?!

Yeri gəlmişkən, burada bir haşiyəyə çıxım ki, Cəmil Həsənli dəfələrlə söyüş mühacirlərini Azərbaycanın qəhrəmanı səviyyəsinə qaldırmaqla onların iyrənc “mübarizələri”nə haqq qazandırır, gözünü yumub ağzına gələni danışanları siyasi mövqeyinə görə alqışladığını müsahibələrində həvəslə bildirirdi. Onun heç zərrə qədər də vecinə deyildi ki, xaricdə yaşayan bu dələduzlar başqa bir kişinin həyat yoldaşını, qızlarını söyür, onları xalqın nifrətinə səbəb olacaq səviyyədə təhqir edirdi. Cəmil Həsənli isə onlara bu “siyasi fəaliyyətlərində” əl çalırdı.

Bax həmin Cəmil Həsənli diqqət mərkəzində idi. Sadə dillə, bəzəksiz-düzəksiz şəkildə ifadə etsək, bütün diqqət Cəmil kişiyə yönəlmişdi. Vaxtilə “Qaçqınkom” Əli Həsənovun dediyi kimi, müxalifətçi kimi yox, ziyalı kimi tanınan Cəmil Həsənlinin kişi mövqeyini hamı səbirsizliklə gözləyirdi. Hakimiyyətə loyal olan qüvvələrlə yanaşı, hətta ən qatı müxalifətçilər də intim videonun hakimiyyət tərəfindən yayılmasının qeyri-mümkünlüyündən danışırdı. Cəmil Həsənli isə öz açıqlamaları ilə cəmiyyətdə əsl şok effekti yaratdı. Elə bil qurbağa gölünə daş atdılar. Gözlər bərəldi, çıxışın təsirindən söz tapmayıb udqunanlar nə baş verdiyini anlamağa çalışdı.

Bir sosial şəbəkə istifadəçisi isə bu ümumi rəyi iki sözlə ifadə etdi. Bir sözlə, intim videosu yayılan Günelin atasının açıqlaması əsl qiymətini belə aldı: “Cəmil Həsənli BİTDİ!”

Əslində, söhbət nədən gedir. Hər kəs gözləyirdi ki, Cəmil Həsənli pul qarşılığında başqasının yatağına girdiyi üçün qızını sərt şəkildə ittiham edəcək, ata kimi əməyini ona haram etdiyini deyərək siyasi fəaliyyətinə son qoyacaq. Və vida nitqinin sonunda ailəsinə qarşı edilən bu terrorla heç zaman barışmayacağını bildirəcək. İndi siz düşünün, ictimai rəy hara istiqamətlənəcəkdi. Yenə də bir ailənin siyasi, mənəvi sonluğuna zəmin yaradan həmin videonu yayanlar yenidən daha qızğın şəkildə qınanılacaq, müəyyən siyasi dairədə hörməti olan Cəmil Həsənliyə edilən xəyanət lənətlənəcəkdi.

Ölkəsinə, xalqına, dövlətinə canıyanan bir siyasi lider isə tam əksini etdi. Bir Azərbaycan kişisinin edəcəyini etmədi. Yenə də onu qınamıram, ümumiyyətlə, belə bir fikirdən kosmik intervalla uzağam.

Amma bircə kəlmə ilə tam səmimi hisslərlə demək istəyirəm ki, Allah heç kimi belə günə salmasın!

Qazax türklərinin bir sözü ilə bu müzakirəyə son qoyuram: “Öz çadırını qoruya bilməyən ağa bir aulu bada verər”. 
Fadil Paşayev
Konkret.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top