Ermənistanda son sutkada 21 nəfər koronavirusdan öldü

DÜNYA 30 mar 2021, 11:58
Ermənistanda son sutkada daha 750 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 191 491-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 3 497-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 890 nəfərdir. İndiyədək 172 605 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 14 499 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top