"Ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur"

SOSİAL 28 mar 2021, 23:24
“Koronavirisun ölçüsü 0,1 mikrondur, adi tibbi maskaların məsamələr arası ölçücü ən keyfiyyətli maskada 0,3 mikron, ən zayında isə 10 mikrona qədərdir. Təsəvvür edin ki, 3 metr uzunluğu olan pələngi qəfəsə salmısız, qəfəsdə qoruyucu barmaqlıqlararası ölçü 10 metrdən 300 metrə qədərdir və deyirsiz ki, pələng ordan çıxmaz. Hələ onu demirəm ki, bizdə insanlar maskanı virusa görə yox, cərimə olunmamağa görə taxırlar deyə, cəmi 2 saatdan sonra dəyişdirilməli olan adi tibb maskasından həftələrlə istifadə edirlər - bu isə, tam tərsi müxtəlif xəstəlik mənbəyinə çevrilir”.

Demokrat.az
-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

“Doğrudur, insan öskürəndə və asqıranda COVİD-19 virusu tüpürcək damlaları ilə birləşib yayıla bilər, o zaman damlacıq 1 mikrona qədər olur, amma bu məhz qapalı məkanlar üçün keçərlidir, açıq havada həmin damlacıqlar effektini daha tez itirir. Nüfuzlu "Deutsche Welle"nin yazdığına görə Çində 7324 yoluxma halının tam xəritəsi və mümkün yoluxma anı araşdırılıb, tək 1 xəstənin açıq havada yoluxduğu təsdiq edilib. Xülasə, qapalı məkanlarda mütləq maska taxılmalıdır, çünki qorunmaq imkanı yaradır, amma açıq havada, özü də tək, ya ailə üzvləri ilə gəzərkən məcburi maska taxmaq qərarı absurddur, mənasızdır, insan psixikasına və sağlamlığına ziyandır...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top