Donbasa hücum: 4 Ukrayna hərbçisi öldürüldü

DÜNYA 27 mart 2021, 12:24
Ukraynanın Donbas vilayətində atəşkəs növbəti dəfə pozulub.

Demokrat.az Ukrayna mediasına istinadən xəbər verir ki, separatçı qüvvələr Şumov kəndi istiqamətində Ukrayna hərbçilərinə hücum edib.

Hücum nəticəsində 4 Ukraynalı hərbçi həlak olub, 2 yaralı var. Separatçıların iri çaplı pulemyotlardan atəş açdığı bildirilir.

Faktı yerli mənbələr təsdiqləyib. Son günlərdə Donbas istiqamətində mütəmadı silahlı insidentlər qeydə alınır. Artan gərginlik bölgədə total müharibənin olacağına işarə verir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top