Gülər Əhmədova: “Keçmiş YAP İdarə Heyətinin üzvlərinə bol səbr arzulayıram”


GÜNDƏM 08 mar 2021, 14:08
Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Qurultayı keçirildi və Partiya daxilində mühüm dəyişikliklər baş verdi. Ən böyük dəyişikliklərdən biri də YAP-ın İdarə Heyətindən Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin çıxarılması oldu.

YAP-dakı dəyişikliklərlə bağlı fikirlərini KONKRET.az-la bölüşən sabiq deputat Gülər Əhmədova sualımızı belə cavablandırıb: “Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dediyi bir fikirlə sualınızı cavablandırıram. Cənab Prezident demişdir: “Mən nəyin nə vaxt olacağını, necə edəcəyimi bilirəm”. Bu arada keçmiş YAP İdarə Heyətinin üzvlərinə bol səbr, sağlam can və yaradıcılıq uğurları arzulayıram.

Yeni seçilənlərə isə yalnız milli dövlətçilik, ümumbəşəri prinsiplərə sadiq qalaraq qətiyyətlə hərəkət etməyi və əməldə partiya sədrini dəstəkləyərək xalqdan uzaqlaşmamağı, sadiq sələflər və xələflərinə diqqətcil olmağı arzulayıram”.

Gülər Əhmədova fürsətdən istifadə edərək Birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla, bütün qadınları təbrik edib.

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top