Külək daha bir məktəbin dam örtüyünü uçurdu — FOTO

SOSİAL 07 mar 2021, 14:22
Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə Demokrat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. 






 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top