Gürcüstanda ali təhsil alan azərbaycanlıların sayı AÇIQLANDI

SOSİAL 02 mar 2021, 19:07
Gürcüstanın universitetlərində 901 Azərbaycan vətəndaşı təhsil alır.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin 2020-2021-ci illərə aid hesabatında deyilir.

Sənəddə bildirilir ki, onlardan 402 nəfəri dövlət universitetlərinin tələbəsidir, 499 nəfər isə özəl universitetlərdə təhsil alır.

Qeyd olunur ki, 2019-2020-ci tədris ili ilə müqayisədə Gürcüstan universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443 nəfər azalıb.

Gürcüstan vətəndaşlarından cari tədris ilində Azərbaycanda ali təhsil alanın olmadığı bildirilir.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top