Ermənistanda koronavirusdan ölənlərin sayı 3 200-ə çatdı

DÜNYA 02 mar 2021, 19:59
Ermənistanda son sutkada daha 240 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 172 456-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 200-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 818 nəfərdir. İndiyədək 163 738 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 700 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top