Kiyevdən Bakıya uçuşlar bu tarixdən bərpa olunur

İQTİSADİYYAT 24 fev 2021, 22:14
Ukrayna Beynəlxalq Hava Yolları (UİA) martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşları bərpa edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə UİA-nın mətbuat xidməti məlumat yayıb. Borispoldan Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviaşirkətin məlumatına görə, Azərbaycana yalnız ölkə vətəndaşları Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların işçiləri, rəhbər şəxsləri və onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər giriş edə bilərlər. Sərhədi IMMD-nin akkreditə olunmuş laboratoriyasında uçuşdan 48 saat əvvəl verilmiş PZR test nəticəsinin mənfi olması barədə sənədlə keçmək olar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top