Elman Rüstəmov bu qaydanı pozdu — 8 ildir ki...

GÜNDƏM 24 fev 2021, 17:49
Daha bir federasiya daxili nizamnaməni kobud şəkildə pozub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyasında 2012-ci ildən sonra heç bir hesabat-seçki konfransı keçirilməyib.

Federasiya nizamnaməsinə əsasən 4 ildən bir hesabat-seçki konfransı keçirilməli, prezident və vitse-prezidentlər səsvermə yolu ilə yenidən seçilməli olduğu halda qurum 8 ildir ki, buna əhəmiyyət vermir.

Unikal.org-a açıqlama verən federasiyanın vitse-prezidenti Faiq Həsənov 8 ildən çoxdur seçkinin keçirilmədiyini təsdiqləyib:

"Bizdə baş katib vəzifəsi də yoxdur. 2012-ci ildən hesabat-seçki konfransının keçirilməməsi doğrudur. Çünki seçkiyə ehtiyac duymuruq. Hazırda bizim federasiyada prezident və 3 vitse-prezident var". 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top