Pandemiya dövründə Türkiyədə istirahətə nə qədər pul lazımdır?

TURİZM 16 fev 2021, 23:32
Yeni növ koronavirus (COVİD-19) pandemiyasının bütün dünyada turizm sahəsinə mənfi təsir etməsinə baxmayaraq Türkiyə “etibarlı istirahət”in ünvanı olub.

Demokrat.az xəbər verir ki, Türkiyə pandemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim edib.

Ölkə 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul edib və turizm gəlirləri 12,1 milyard dollar təşkil edib.

Bəs Azərbaycandan gələrək Türkiyədə istirahət etmək sərfəlidirmi?

Hazırda Türkiyəyə yalnız təyyarə ilə səfər etmək mümkündür. Azərbaycan Hava Yolları (AZAL) Bakı-İstanbul-Bakı reysi üçün 398.60 manat tələb edir.

Türkiyədə istirahət isə vətəndaşın nə qədər xərcləməsindən asılı olaraq dəyişir. Hotel qiymətlərinə nəzər saldıqda görürük ki, günlük 30 manatla 5000 manata qədər xərcləmək mümkündür. Bu hotellərin komfortuna və xidmət səviyyəsinə görə dəyişir.

Günlük yemək xərcləri bir nəfər üçün 15 manatdan başlayır ki, bu da olduqca sərfəlidir.
Hazırda muzeylər yalnız turistlərə xidmət göstərir. Muzeylərin bilet qiymətləri də müxtəlifdir. Bunun üçün minimum 3 manat xərcləmək kifayət edir.

Türkiyədə bir turist həftə ərzində 700 manatdan başlayan qiymətlərlə istirahət edə bilər. Sözügedən qiymətə təyyarə biletləriniz, gecələmək və gündə 3 dəfə qidalanmaq daxildir./Qazet.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top