Deputat “Azərsu”dan şikayətləndi: "Kanalizasiya tikintisi həllini tapmır"

GÜNDƏM 12 fev 2021, 14:18
“Gəncə aeroportunun adı dəyişdirilərək, ona Nizami Gəncəvinin adı verilsin”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Moskva-Bakı reysi artıq açılır: “Yaxşı olardı ki, Gəncə-Moskva, Gəncə-İstanbul reysi də açılsın. Gəncə əhalisi ticarətlə məşğul olur. Digər tərəfdən Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır. Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top