"Putin, Şoyqu və Lavrov erməni diversantların azad olunmasına çalışır"

SİYASƏT 08 fev 2021, 22:24
"Putin, Şoyqu və Lavrov Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün şəxsən çalışırlar”.

Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Sergey Kopırkin "erməni əsirlər" deyərkən Azərbaycan Ordusunun Xocavənddə saxladəğı diversantları nəzərdə tutub. 

Onun sözlərinə görə, həmin erməni hərbçilərin - diversantların qaytarılması prosesi uzun çəkəcək.

"Şişirtmədən deyirəm ki, bu məhz o məsələdir ki, prezident, xarici işlər naziri və müdafiə naziri şəxsən məşğul olur. Məsələnin həlli gözlənildiyi kimi tez həll olunmayacaq, amma inanın ki, bunun üçün əlimizdən gələni edirik. Əminəm ki, məsələ dəqiq həll olunacaq”.//Modern.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top