Milli Məclisdə işğaldan azad olunan ərazilərlə bağlı dinləmə keçiriləcək

QARABAĞ 08 fev 2021, 17:49
Fevralın 10-da Milli Məclisdə işğaldan azad olunan torpaqlardakı ekoloji vəziyyət, həmin ərazilərin inkişafı və görüləcək işlərlə bağlı dinləmə keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə baş tutacaq.

İclasda Milli Məclisin digər komitələrinin sədrləri və üzvləri də iştirak edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top