NASA fəzaya teleskop göndərəcək

İKT 06 fev 2021, 19:59
ABŞ Milli Aeronavtika və Fəza Agentliyi (NASA) ilə fəza avadanlığı istehsal edən “Space X” şirkəti arasında fəzada astrofizika tədqiqat missiyasına dair müqavilə imzalanıb.

“Report” xəbər verir ki, NASA-nın açıqlamasına görə, “Kainatın tarixi”, “Yenidən ionlaşma dövrü”, “Buz tədqiqatçısı” adlı bölümlərdən ibarət proqramın məqsədi dünyanın yaranması və qalaktikaların inkişafına dair suallara cavab tapmaqdır.

Bunun üçün fəzaya çıxarılacaq “Sperex” adlı teleskop vasitəsilə ulduzların, habelə ulduzlar ətrafında yeni planetlərin yaranacağı qaz və toz kütləsindən əmələ gəldiyi sahələrdə su və orqanik molekullar axtarılacaq. Bu axtarışlar zamanı 300 milyondan artıq qalaktika, habelə bizi də əhatə edən Süd Yolu (Saman Yolu) qalaktikasında 100 milyondan artıq ulduza dair məlumat toplamaq mümkün olacaq.

2024-cü ilin iyun ayında başa çatması nəzərdə tutulan və 98,8 milyon ABŞ dollarına başa gələcəyi bildirilən layihə çərçivəsində teleskopu daşıyan fəza cihazı Kaliforniyadakı Vandenberq hərbi bazasından “Falcon 9” daşıyıcı raket vasitəsilə uçurulacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top