Rəsul Quliyev: “Ölkənin yaxasını bu məmurlardan xilas etmək lazımdır”

DAXİLİ SİYASƏT 06 fev 2021, 14:34
“44 günə qələbə ilə başa çatmış Vətən müharibəsi Azərbaycan xalqı üçün emosional pozitiv təsir bağışladı. Azərbaycan xalqı hər gün Prezidentin çıxışlarını səbirsizliklə gözləyir, bir gün çıxış yubananda "görəsən nə oldu?" deyə həyacan keçirirdi. Müharibə qurtardı torpaqlar şanlı Ordumuzun fədakarlığı, onun Ali Baş Komandanının qətiyyəti və xalqın heç vaxt olmamış qədər həmrəyliyi ilə geri qaytarıldı. Bununla da hakimiyyətin önündə daha ağır problemləri həll etmək məsuliyyəti dayandı”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, azad olunmuş ərazilərə əhalinin köçürülməsinə nail olmaq, Qarabağ regionlarında yaz əkinlərinə başlamaq üçün minimum imkanların yaradılması bir nömrəli və olduqca vacib məsələdir: “Düşünürəm ki, bu mərhələdə xalqa xidmət etmək əvəzinə, öz maraqlarına xidmət edən məmurlar üzə çıxacaq və onlardan ölkənin yaxasını xilas etmək vacibləşəcək. Vətən müharibəsinin nəticəsi tək qələbə ilə qurtarmır, həmçinin cəmiyyət yaramaz ünsürlərdən təmizlənir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top