Gəncədə daha bir qadın əri tərəfindən bıçaqlandı

KRİMİNAL 06 fev 2021, 12:24
Gəncədə 24 yaşlı qadın bıçaq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Məcidli ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Məcidlinin həyat yoldaşı B. Məcidli olduğu müəyyənləşib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, fevralın 5-də Gəncə şəhərində daha bir qadın bıçaqlanmışdı. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədovanın keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top