Ali Məhkəmədə 44 yeni hakim müstəqilliyini və ləyaqətini qoruyacağına and içdi


GÜNDƏM 05 fev 2021, 17:55
Fevralın 5-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.

Respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test üsulu ilə, habelə, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanan 44 hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurub.

Namizədlərin tam əksəriyyətini (70 faiz) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir. Onlar ölkənin müxtəlif hüquq təsisatlarında – məhkəmə, ədliyyə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar. İlk dəfə olaraq namizədlərin 40 faizdən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.

İclasda respublika məhkəmələrinə yeni təyin olunan 44 hakim “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top