Sənubər İsgəndərli: “Pandemiyadan sonra görəcəyik ki, nə teatr, nə də sənət var”

İNCƏSƏNƏT 02 fevral 2021, 17:30
Əməkdar artist Sənubər İsgəndərli pandemiyada teatrların fəaliyyətinin tamamilə dayandırılmasından şikayətlənib.

Demokrat.az xəbər verir ki, məşhur aktrisa sosial şəbəkədəki paylaşımında teatrların müəyyən qaydalar çərçivəsində açılmasının tərəfdarı olduğunu bildirib:

“Martda bir il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. “Pandemiyadır”, “karantindir”,- deyib oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr, nə də sənət var”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyul 2025, 10:12
Top