Ramana sakinlərinin yol problemi — VİDEO

SOSİAL 02 fev 2021, 15:33
Paytaxtın Sabunçu rayonu, Ramana Südçülük savxozu ərazisində yaşayan sakinlər uzun müddətdir ki yolsuzluqdan əziyyət çəkir.

Baku TV xəbər verir ki, H.Z.Tağıyev küçəsində kanalizasiya xətlərinin yoxluğu, yığılıb qalan qrunt suları sakinlərin gediş-gəlişini çətinləşdirir.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də onların şikayətlərinə baxılmayıb.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı Baku TV-yə bildirib ki, Ramana qəsəbəsinin bir sıra küçələrində infrastruktur qurulmayıb. Baş plana uyğun olaraq onların bütün küçələrində tullanmış su infrastrukturu ilə təmin olunması nəzərdə tutulur.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top