Ermənistanda koronavirusa yoluxanların sayı 167 231-ə yüksəldi

DÜNYA 02 fev 2021, 11:52
Ermənistanda son sutkada 143 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 231-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 089-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 772 nəfərdir. İndiyədək 158 335 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 035 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top