Kamran Əliyevdən polkovniklə bağlı ƏMR

SOSİAL 30 yan 2021, 11:45
Respublika Hərbi Prokurorluğunda kadr islahatı olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Aydın Ələsgərov Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi təyin olunub.

O, bundan əvvəl Respublika Hərbi prokurorunun böyük köməkçisi işləyib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən faktı Oxu.Az-a təsdiqləyiblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top