Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

SOSİAL 28 yan 2021, 11:19
Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Nazirlər Kabientinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

"İndiyə qədər 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir", - hökumətin sözçüsü bildirib.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top