O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! — Hüquq müdafiəçisi

QARABAĞ 27 yan 2021, 17:39
"Heç nəyə baxmadan o heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir”.

Demokrat.az xəbər verir ki, bunu hüquq müdafiəçisi İlqar Altay Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırımın rəhbəri olan Qaregin Njdeyə qoyulan heykəldən danışarkən deyib. Onun fikrincə, bu Azərbaycana qarşı təxribatdır:

"Fikrimcə, bu cür məsələyə Azərbaycan Xarixi İşlər Nazirliyi bəyanat, ya nota verməməlidir. Bu xarici ölkənin deputatının, ya rəsmisinin Qarabağa icazəsiz səfəri, ya hansısa, diplomatik pozuculuq deyil! Bu, Ermənistan tərəfinin konkret olaraq, Azərbaycan ərazisində bizə qarşı təxribatıdır. Əslində, təxribat vasitə və məqsədli bu heykəl də Ermənistandan Laçın dəhlizi ilə Azərbaycan ərazisinə gətirilib, dövlətimizə və xalqımıza qarşı təhdid mahiyyətlidir. Ona görə biz də diversant, terrorçualara qarşı əməliyyat kimi qəti addım atmalıyıq. Bir dəfə cəmisi xəbərdar etməklə bu heykəl-təhdidi yığışdırıb, təxribata son qoysunlar, ardınca da heç nəyə və heç kimə baxmadan o heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir”.

İlqar Altay bildirib ki, faşizm əleyhinə addımımıza nə Rusiya, nə xaric etiraz edəcək:

"İkinci də, bu, çox yaxşı fürsətdir, ermənilər bizə əsas yaradıb ki, onları bir daha cəzalandırıb, dünyaya qətiyyətimizi də göstərək. Görünür, siyasi həllin yanında güc-qətiyyət olmalıdır, ermənilər qamçını sevir”.

Qeyd edək ki, erməni mediasının yaydığı məlumata görə, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş Qaregin Njdeyə heykəl qoyulub. Rusiya sülhməramlıları faşist heykəli qoyulmasına mane olmayıb.

Xatırladaq ki, Qaregin Njde 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunub. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top