Tomas Tuçel rəsmən "Çelsi"də

İDMAN 27 yan 2021, 00:07
İngiltərənin "Çelsi" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Tomas Tuçel çalışdıracaq. Almaniyalı mütəxəssislə 1.5 illik müqavilə imzalandığı bildirilib. Tuhel bu vəzifədə ötən gün istefaya göndərilən Frenk Lempardı əvəzləyib.

Qeyd edək ki, məşqçinin son iş yeri Fransanın PSJ klubu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top