Şəhidlər Xiyabanındakı şəkil “Guardian”da günün fotoları sırasındadır

GÜNDƏM 21 yan 2021, 13:07
Ötən gün Bakıdakı Şəhidlər Xiyabanında çəkilən şəkil Böyük Britaniyanın “Guardian” nəşrinin günün fotoları sırasında yer alıb.

“Report” xəbər verir ki, yanvarın 20-də çəkilmiş fotonun müəllifi Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Rəsul Rəhimovdur.

“İnsanlar Sovet İttifaqının dağılması zamanı 1990-cı ildə Qara Yanvar adlandırılan gündə sovet qoşunu tərəfindən öldürülənlərin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirlər”, - fotonun təsvirində qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top