“Nikol xaindir” deyən müxalifət fəalı saxlanıldı


DÜNYA 18 yan 2021, 00:10
Bu gün İrəvanda keçirilən etiraz aksiyası zamanı müxalif "Vətən" partiyasının funksioneri David Bağdasaryan saxlanılaraq polis şöbəsinə aparılıb.

Azvision.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Sos Akopyan "Facebook" səhifəsində məlumat yayıb.

Akopyan Bağdasaryanın tutulmasını qanunsuz hesab edir. O, müxalifətin mitinqi zamanı İrəvanın mərkəzində baş vermiş hadisənin videosunu sosial şəbəkədə paylaşıb.

Kadrlarda təhlükəsizlik xidməti əməkdaşlarının müxalifətçini avtomobildən zor tətbiq edərək çıxardığı, onu polis maşınına mindirməyə çalışdığı görünür. Bağdasaryan müqavimət göstərib və polis maşınına minmədən əvvəl dəfələrlə "Nikol xaindir" şüarları səsləndirib.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top