Tanınmış rejissor koronavirusdan vəfat etdi

İNCƏSƏNƏT 15 yan 2021, 10:14
“Yeralaş” satirik kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib.

Boris Qraçovski ötən ilin dekabr ayının sonunda ağır vəziyyətdə Moskvanın 52 saylı xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, "Çardaq", "Notlar arasında, yaxud Tantrik simfoniyası" filmlərinin, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçovski bir neçə sənədli filmi ekranlaşdırıb.(apa.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top