Ramiz Mehdiyev İsa Həbibbəylini buna görə cəzalandırıb? — AÇIQLAMA

GÜNDƏM 14 yan 2021, 14:37
AMEA-nın sabiq birinci vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli  onu Ramiz Mehdiyevin nəvəsinin toyuna getmədiyi üçün cəzalandırılması ilə bağlı iddialara  münasibət bildirib.

Unikal.org-a açıqlamasında İ.Həbibbəyli yayılan məlumatların əsassız olduğunu bildirib:

“Ramiz müəllim məni nəvəsinin toyuna çağırmamışdı. Mən çağırılmadığım məclisdə necə iştirak edə bilərəm? Bu xəbər doğru deyil. Adıçəkilən toy zamanı mən Naxçıvanda olmuşam. Həmin məzuniyyət dövrümdə orada qalmışam.”

Qeyd edək ki, Akademik İsa Həbibbəyli yanvarın 8-də  AMEA-nın iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilmişdi.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top